Sumqayıtda döyüş tətbiqinə yararlı top mərmisi aşkar edilib

Sumqayıtda döyüş tətbiqinə yararlı top mərmisi aşkar edilib Hadisə yerinə FHN-in əməkdaşları cəlb edilib
Hadisə
18 Mart , 2017 01:06
Sumqayıtda döyüş tətbiqinə yararlı top mərmisi aşkar edilib

Bakı. 18 mart. REPORT.AZ/ Axşam saatlarında Sumqayıt şəhərində döyüş sursatı aşkar edilib.

"Report" xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.

Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexnikləri dərhal lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib və döyüş tətbiqinə yararlı 1 ədəd 122 millimetr çaplı top mərmisini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Xilasedicilər əraziyə əlavə baxış keçirib və digər növ şübhəli əşya aşkar etməyiblər.

Son xəbərlər

Orphus sistemi