Sumqayıtda dostunu öldürən şəxs 16 il müddətinə azadlıqdan məhrum edilib

Sumqayıtda dostunu öldürən şəxs 16 il müddətinə azadlıqdan məhrum edilib Bakı. 19 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla adam öldürməkdə təqsirləndirilən 1987-ci il təvəllüdlü Xəyal Abbasovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
19 Oktyabr , 2018 15:12
Sumqayıtda dostunu öldürən şəxs 16 il müddətinə azadlıqdan məhrum edilib
0 : 00
0 : 00

Bakı. 19 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla adam öldürməkdə təqsirləndirilən 1987-ci il təvəllüdlü Xəyal Abbasovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 16 il müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına əsasən, X.Abbasov Sumqayıtda birlikdə xeyli miqdarda spirtli içki qəbul etdiyi 43 yaşlı Emin Nuriyevi öldürüb.

Onun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi