Bakı. 29 avqust. REPORT.AZ/ Sumqayıt şəhərində dörd nəfər qidadan zəhərlənib.
“Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, avqustun 28-də Sumqayıt şəhərində yaşayan azyaşlılar Yağmur Cəfərova və qohumu Yağmur Bayramov, habelə onlara qonaq gələn Aliq Xanmuradi və Məryəm qidadan zəhərlənmə ilə xəstəxanaya gətiriliblər.
Faktla bağlı araşdırmalar aparılır.