Yuxarı
    Bağlamaq

    Sumqayıtda doqquzmərtəbəli binada yanğın olub: 20 nəfər təxliyə olunub

    Yanğın saat 22:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb

    Bakı. 4 sentyabr. REPORT.AZ/ Sumqayıt şəhərində, doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 65 kv.m olan üç otaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları qismən yanıb.

    “Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

    Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 20 nəfər bina sakini təxliyə olunub. Yanğın saat 22:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi