Sumqayıtda dəmir yolu stansiyasında saxlanılan silahlı şəxsdən narkotik də götürülüb

Sumqayıtda dəmir yolu stansiyasında saxlanılan silahlı şəxsdən narkotik də götürülüb Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Anar Eldarov H.Z.Tağıyev dəmir yolu stansiyası ərazisində saxlanılıb.
Hadisə
23 Fevral , 2024 10:01
Sumqayıtda dəmir yolu stansiyasında saxlanılan silahlı şəxsdən narkotik də götürülüb

Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi əməkdaşları Sumqayıtda dəmir yolu stansiyasında üzərində narkotik də olan silahlı şəxsi saxlayıblar.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, keçirilən əməliyyat zamanı əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Anar Eldarov H.Z.Tağıyev dəmir yolu stansiyası ərazisində saxlanılıb.

Ondan nömrəsi silinmiş “Makarov” markalı tapança, 5 ədəd patron, 1 ədəd patron darağı, həmçinin müxtəlif çəkilərdə narkotik vasitələr və 19 ədəd metadon həbi aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi