Sumqayıtda binanın girişində 36 yaşlı kişi meyiti tapılıb - YENİLƏNİB

Sumqayıtda binanın girişində 36 yaşlı kişi meyiti tapılıb - YENİLƏNİB Sumqayıt. 30 yanvar. REPORT.AZ/ Sumqayıt şəhərində 3-cü mikrorayonunda yerləşən binanın birinin girişində meyiti tapılan şəxsin adı məlum olub.
Hadisə
30 Yanvar , 2019 14:36
Sumqayıtda binanın girişində 36 yaşlı kişi meyiti tapılıb - YENİLƏNİB

Sumqayıt. 30 yanvar. REPORT.AZ/ Sumqayıt şəhərində 3-cü mikrorayonunda yerləşən binanın birinin girişində meyiti tapılan şəxsin adı məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, araşdırma zamanı həmin şəxsin 1982-ci il təvəllüdlü Mirzəyev Səməd Rafael oğlu olduğu müəyyənləşib. Şəxsin qəbul etdiyi narkotik maddənin təsirindən dünyasını dəyişdiyi bildirilir.

Meyit müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


*** 12:51

Sumqayıt. 30 yanvar. REPORT.AZ/ Sumqayıtda binanın girişində kişi meyiti tapılıb.

“Report”un Sumqayıt-Abşeron bürosunun xəbərinə görə, şəhərin 3-cü mikrorayonunda yerləşən binanın birinin girişində 1 nəfərin ölməsi barədə Sumqayıt şəhər Polis İdarəsinə məlumat daxil olub. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub.

Hadisə yerinə baxış keçirilib. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib. 

Son xəbərlər

Orphus sistemi