Sumqayıtda baş verən yol qəzasında ər və arvad yaralanıb

Sumqayıtda baş verən yol qəzasında ər və arvad yaralanıb Sumqayıt şəhərində 2 nəfərin xəsarət almasına səbəb olan yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
7 Sentyabr , 2019 02:04
Sumqayıtda baş verən yol qəzasında ər və arvad yaralanıb

Sumqayıt şəhərində 2 nəfərin xəsarət almasına səbəb olan yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, şəhər ərazisində taksi fəaliyyəti göstərən "Opel" markalı avtomobil idarəetmədən çıxaraq qəzaya düşüb. 

Nəticədə 1975-ci il təvəllüdlü Həsənov Rafiq Saleh oğlu və onun həyat yoldaşı, 1975-ci il təvəllüdlü Həsənova Ruhiyyə Yaşar qızı xəsarət alıb.

Hər iki yaralı xəstəxanaya çatdırılıb. Onlara ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi