Sumqayıtda bank hesabından oğurluq edən şəxs saxlanılıb

Sumqayıtda bank hesabından oğurluq edən şəxs saxlanılıb Bakı. 24 sentyabr. REPORT.AZ/ Sumqayıtda bank hesabından oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Hadisə
24 Sentyabr , 2018 12:25
Sumqayıtda bank hesabından oğurluq edən şəxs saxlanılıb
0 : 00
0 : 00

Bakı. 24 sentyabr. REPORT.AZ/ Sumqayıtda bank hesabından oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Report”a verilən məlumata görə, DİN-in “102 – Zəng Mərkəzi”nə müraciət edən Sumqayıt sakini olan bir qadın şəhər ərazisindəki bankomatların birində hesabından 440 manatının çıxarılaraq oğurlandığını bildirib.

Məlumatla əlaqədar Sumqayıt Şəhər Polis İdarəsi 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb və qısa müddətdə oğurluğu törətməkdə şübhəli bilinən qadın saxlanılıb. Araşdırmalarla onun Təzə Kotec qəsəbə sakini N.Hüseynova olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi