Sumqayıtda azyaşlı liftin şaxtasından yıxılıb

Sumqayıtda azyaşlı liftin şaxtasından yıxılıb Faktla bağlı araşdırma aparılır
Hadisə
24 İyun , 2016 11:31
Sumqayıtda azyaşlı liftin şaxtasından yıxılıb

Bakı. 24 iyun. REPORT.AZ/ Sumqayıt şəhərində azyaşlı liftin şaxtasından yıxılıb.

“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Xəbərə görə, iyunun 23-də Sumqayıt şəhərinin 10-cu mikrorayonunda azyaşlı Bəhruz Əliyev yaşadıqları binanın 8-ci mərtəbəsindəki lift şaxtasından yıxılaraq, 4-cü mərtəbədə liftin üstünə düşüb. B.Əliyev xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi