Yuxarı
    Bağlamaq

    ​Sumqayıtda azyaşlı cərəyan vurması nəticəsində vəfat edib

    FHN-in xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub

    Bakı. 17 may. REPORT.AZ/ Axşam saatlarında Sumqayıt şəhərində bədbəxt hadisə baş verib.

    "Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, 2010-cu il təvəllüdlü Şahmuradov Murad Vüqar oğlu yüksək gərginlikli elektrik şitinin qapısının açıq olması səbəbindən içəriyə daxil olub və cərəyan vurması nəticəsində vəfat edib.

    FHN-in xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər şitin içərisinə daxil olub M.Şahmuradovun cəsədini çıxarıb aidiyyəti üzrə təhvil veriblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi