Sumqayıtda avtotəmir sexində başlayan yanğın söndürülüb – YENİLƏNİB-2

Sumqayıtda avtotəmir sexində başlayan yanğın söndürülüb – YENİLƏNİB-2 Sumqayıt şəhərində avtomobil təmiri sexi yanır.
Hadisə
9 Sentyabr , 2024 13:41
Sumqayıtda avtotəmir sexində başlayan yanğın söndürülüb – YENİLƏNİB-2

Sumqayıt şəhərindəki avtomobil təmiri sexində yanğın söndürülüb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb.

13:24

Sumqayıt şəhərindəki avtomobil təmiri sexində başlayan yanğın qismən söndürülüb.

“Report” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatında qeyd olunub.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Koroğlu prospektində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində təxminən 1500kv.m. sahədə açıq ərazidə baş vermiş yanğın genişlənməsinə, o cümlədən yaxınlıqda yerləşən avtomobil təmiri sexlərinə və fərdi yaşayış evlərinə keçməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdrılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

12:46

Sumqayıt şəhərində avtomobil təmiri sexi yanır.

"Report"un yerli bürosu xəbər verir ki, geniş ərazini əhatə edən yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) briqadası hadisə yerinə gəlib.

Son xəbərlər

Orphus sistemi