Sumqayıtda avtomobillə qadını vuran sürücü hadisə yerindən qaçıb

Sumqayıtda avtomobillə qadını vuran sürücü hadisə yerindən qaçıb Sumqayıt. 28 iyul. REPORT.AZ/ Sumqayıt şəhərində avtomobillə 61 yaşlı qadını vuran sürücü hadisə yerindən qaçıb.
Hadisə
28 İyul , 2018 17:16
Sumqayıtda avtomobillə qadını vuran sürücü hadisə yerindən qaçıb

Sumqayıt. 28 iyul. REPORT.AZ/ Sumqayıt şəhərində avtomobillə 61 yaşlı qadını vuran sürücü hadisə yerindən qaçıb.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə şəhərin 6-cı mikrorayon ərazisində baş verib.

Belə ki,  Sumqayıt şəhər sakini 1957-ci il təvəllüdlü Orucova Mömünə Ağacan qızı 6-cı mikrorayon ərazisində yolu keçərkən naməlum avtomobil tərəfindən vurulub.

Sürücü hadisə yerindən qaçıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır

Son xəbərlər

Orphus sistemi