Yuxarı
    Bağlamaq

    Sumqayıtda avtomobilin vurduğu şəxsin üzərindən yük maşını keçib

    Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi araşdırma aparır

    Bakı. 21 aprel. REPORT.AZ/ Sumqayıtda avtomobilin vurduğu şəxsin üzərindən yük maşını keçib.

    “Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

    Məlumata görə, aprelin 20-də saat 20 radələrində Sumqayıt şəhərinin Yaşma qəsəbəsində qəsəbə sakini Nizami Əliyev idarə etdiyi “Kia” markalı avtomobillə yolu keçən şəhər sakini Əlişirin Qasımovu vurub və bu zaman müəyyən edilməmiş yük avtomobili Ə.Qasımovun üzərindən keçib. Ə.Qasımov hadisə yerində ölüb.

    Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) araşdırma aparır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi