Sumqayıtda avtomobilin vurduğu piyada xəstəxanada öldü

Sumqayıtda avtomobilin vurduğu piyada xəstəxanada öldü Sumqayıtda ölümlə nəticələnın yol qəzası baş verib.
Hadisə
23 İyul , 2020 13:13
Sumqayıtda avtomobilin vurduğu piyada xəstəxanada öldü

Sumqayıtda ölümlə nəticələnın yol qəzası baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, iyulun 21-i saat 23 radələrində Sumqayıt şəhəri 18-ci mikrorayonun ərazisində şəhər sakini F.Aslanov idarə etdiyi “Opel ” markalı avtomobillə yolu keçən şəhər sakini Ruslan Adilovu vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada iyulun 22-də orada ölüb.

Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi