Sumqayıtda avtomobildən oğurluq edilib

Sumqayıtda avtomobildən oğurluq edilib Sumqayıt şəhərində avtomobildən oğurluq edilib.
Hadisə
24 Yanvar , 2020 15:44
Sumqayıtda avtomobildən oğurluq edilib

Sumqayıt şəhərində avtomobildən oğurluq edilib. 

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə şəhərin 42-ci məhəlləsində, 9 saylı yataqxananın qarşısında qeydə alınıb. 

Belə ki, Valid Kərimova məxsus "Niva Urban" markalı avtomobilin radiator barmaqlığı çıxarılaraq aparılıb. O, hadisədən səhər həyətə düşdükdən sonra xəbər tutub. Zərərçəkmiş hadisəni törədən şəxs və ya şəxslərin avtomobilin ön işıqlarını da oğurlamağa cəhd etdiklərini, ancaq buna nail olmadıqlarını bildirib. Nəticədə vətəndaşa, ümumilikdə, 200 manata yaxın maddi ziyan dəyib.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. 

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi