Sumqayıtda avtomobil yolu keçən piyadanı vuraraq öldürüb

Sumqayıtda avtomobil yolu keçən piyadanı vuraraq öldürüb Sumqayıtda ölümlə nəticələnən yol qəzası baş verib.
Hadisə
13 Yanvar , 2020 12:57
Sumqayıtda avtomobil yolu keçən piyadanı vuraraq öldürüb

Sumqayıtda ölümlə nəticələnən yol qəzası baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, yanvarın 11-də saat 23 radələrində Sumqayıt şəhəri ərazisində Şabran rayon sakini Z.Nadirov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən şəhər sakini Elman İsgəndərovu vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi