Sumqayıtda avtomobil təmiri sexində yanğın olub

Sumqayıtda avtomobil təmiri sexində yanğın olub Bakı. 9 avqust. REPORT.AZ/ Sumqayıt şəhərində avtomobil təmiri sexində yanğın olub.
Hadisə
9 Avqust , 2018 12:18
Sumqayıtda avtomobil təmiri sexində yanğın olub

Bakı. 9 avqust. REPORT.AZ/ Sumqayıt şəhərində avtomobil təmiri sexində yanğın olub. 

Fövqəladə Hallar Nazirliyindən (FHN) "Report"a verilən məlumata görə, sexin yanar konstruksiyaları 30 m² sahədə və içərisində olan "Mercedes" markalı minik avtomobilinin yanar hissələri yanıb. 

Yüksək temperaturdan bitişik olan sexlərin lambirdən ibarət tavanı, ümumilikdə, 26 m² sahədə əriyib. Tikilinin qalan hissəsi və təmirə dayanmış "Opel" markalı avtomobil yanğından mühafizə olunub. 

Yanğın söndürülüb. 

Son xəbərlər

Orphus sistemi