Sumqayıtda avtomobil qadını vuraraq öldürüb

Hadisə
  • 14 mart, 2022
  • 09:57
Sumqayıtda avtomobil qadını vuraraq öldürüb

Sumqayıtda avtomobil qadını vuraraq öldürüb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, martın 13-də saat 20 radələrində şəhər ərazisində E.Bəkirov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 30-35 yaşlı qadını vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.