Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb - YENİLƏNİB

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb - YENİLƏNİB Sumqayıt şəhərində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən şəxsin kimliyi məlum olub.
Hadisə
28 Oktyabr , 2019 10:24
Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb - YENİLƏNİB

Sumqayıt şəhərində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən şəxsin kimliyi məlum olub.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, şəhər sakini, 1952-ci il təvəllüdlü Dövlətov Rafiq Xankişi oğlunu qarşı tərəfdən gələn avtomobil vurub. Yaralı aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.


*** 08:59

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə şəhərin Koroğlu küçəsində yerləşən şadlıq evlərinin birinin qarşısında baş verib.

Belə ki, yolu keçmək istəyən orta yaşlı kişi naməlum avtomobil tətəfindən vurulub. Hadisə zamanı ağır bədən xəsarətləri alan, hələlik şəxsiyyəti məlum olmayan yaşlı kişi orada ölüb. 

Hadisə baş verən əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşaları və Təcili Tibbi yardım Stansiyasının həkimləri cəlb olunub.

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi