Sumqayıtda avtobusda cibgirlik edən keçmiş məhkum saxlanılıb

Sumqayıtda avtobusda cibgirlik edən keçmiş məhkum saxlanılıb Sumqayıtda avtobusda cibgirlik edən keçmiş məhkum saxlanılıb.
Hadisə
31 Oktyabr , 2019 13:14
Sumqayıtda avtobusda cibgirlik edən keçmiş məhkum saxlanılıb

Sumqayıtda avtobusda cibgirlik edən keçmiş məhkum saxlanılıb.

 "Report"un yerli bürosu xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsi 1-ci və 4-cü Polis Bölmələrinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 29-da xətt avtobusunda şəhər sakini Ü.Abdullayevanın içərisində pul və sənəd olan cüzdanını oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş E.Adıgözəlov tutulub.

Ətrafında aparılmış tədbirlərlə onun “BMW” markalı avtomobildən içərisində 750 manat, 110 ABŞ dolları, bank kartı və telefon aksesuarları olan çanta oğurlaması da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi