Sumqayıtda avtobus qaçırılıb

Sumqayıtda avtobus qaçırılıb Görülən tədbirlərlə avtobus Novxanı bağlar sahəsində saxlanılıb
Hadisə
8 Sentyabr , 2017 12:06
Sumqayıtda avtobus qaçırılıb

Bakı. 8 sentyabr. REPORT.AZ/ Sumqayıtdan qaçırılan avtobus Novxanı bağlar sahəsində saxlanılıb.

Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, ötən gün Sumqayıt şəhəri ərazisindən şəhər sakini Əspan Mahmudovun idarə etdiyi “Otoyol M-29” markalı avtobus qaçırılıb.

Aparılan araşdırmalar zamanı qaçırılan avtobusun şəhər ərazisində hərəkətdə olması müəyyən edilib. Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi və Post Patrul Xidmətinin əməkdaşları tərəfindən avtobusa “saxla” işrəsi verilib, lakin sürücü tabeçilik göstərməyərək hərəkətini davam etdirib.

Görülən tədbirlərlə avtobus Novxanı bağlar sahəsində saxlanılıb və sürücü-şəhər sakini İlkin İsamayılovla birlikdə 4-cü PB-yə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi