Sumqayıtda arvadını boğaraq öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Sumqayıtda arvadını boğaraq öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıtda arvadını boğaraq öldürməkdə təqsirləndirilən Şamil Axundovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hadisə
8 May , 2019 14:36
Sumqayıtda arvadını boğaraq öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıtda arvadını boğaraq öldürməkdə təqsirləndirilən Şamil Axundovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası mayın 12-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu il yanvarın 11-də Sumqayıt şəhərinin Birləşmiş məhəlləsində (7-8-12 məhəllə) baş verib. Ş.Axundov qısqanclıq zəminində həyat yoldaşı, 1991-ci il təvəllüdlü L.Axundovanı yatdığı yerdə boğaraq öldürüb.

Son xəbərlər

Orphus sistemi