Sumqayıtda arvadını bıçaqlayan şəxsin məhkəməsi başlayır

Sumqayıtda arvadını bıçaqlayan şəxsin məhkəməsi başlayır Sumqayıtda arvadını bıçaqlamaqda təqsirləndirilən Akif Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
15 Oktyabr , 2019 09:34
Sumqayıtda arvadını bıçaqlayan şəxsin məhkəməsi başlayır

Sumqayıtda arvadını bıçaqlamaqda təqsirləndirilən Akif Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Mahmud Nəbiyevin icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə bu ilin iyun ayında Sumqayıt şəhəri 9-cu mikrorayonda baş verib. Şəhər sakini, 1975-ci il Babayeva Tahirə Səxavət qızı yaşadığı evdə əri tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılıb. İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.

A.Məmmədova Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham verilib.

Son xəbərlər

Orphus sistemi