Sumqayıtda dəhşətli qəzada ölənlərin şəxsiyyəti məlum olub - YENİLƏNİB-2

Sumqayıtda dəhşətli qəzada ölənlərin şəxsiyyəti məlum olub - YENİLƏNİB-2 Sumqayıt şəhərində baş verən qəza nəticəsində ölənlərin şəxsiyyətləri məlum olub.
Hadisə
3 Noyabr , 2019 15:57
Sumqayıtda dəhşətli qəzada ölənlərin şəxsiyyəti məlum olub - YENİLƏNİB-2

Sumqayıt şəhərində baş verən qəza nəticəsində ölənlərin şəxsiyyətləri məlum olub.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, “Mitsubishi” və “Ravon” markalı minik avtomobillərinin toqquşması nəticəsində 1959-cu il təvəllüdlü Həsənov Nazim İsgəndər oğlu və 1994-cü il təvəllüdlü Babazadə Seymur Elşad oğlu dünyasını dəyişib. 

Daha bir nəfərin vəziyyəti ağır olaraq qalır. 

Faktla bağlı araşdırma aparılır.


14:04***

Sumqayıtda baş verən ağır yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatları məlum olub.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, “Mitsubishi” və “Ravon” markalı minik avtomobillərinin toqquşması nəticəsində iki nəfər həyatını itirib, bir nəfər ağır yaralanıb.

Onlardan birinin şəxsiyyəti müəyyənləşib. Belə ki, qəzada ölən şəxs 1959-cu il təvəllüdlü Həsənov Nazim İsgəndər oğludur. 

Faktla bağlı araşdırma aparılır.


***12:53

Sumqayıtda iki nəfərin ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə Stansiya Sumqayıt adlanan ərazidə baş verib.

İki avtomobilin toqquşması nəticəsində iki nəfər həyatını itirib.

Hazırda ölənlərin şəxsiyyəti müəyyənləşdirilir. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi