Sumqayıt şəhərində baş verən qəza nəticəsində ölənlərin şəxsiyyətləri məlum olub.
“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, “Mitsubishi” və “Ravon” markalı minik avtomobillərinin toqquşması nəticəsində 1959-cu il təvəllüdlü Həsənov Nazim İsgəndər oğlu və 1994-cü il təvəllüdlü Babazadə Seymur Elşad oğlu dünyasını dəyişib.
Daha bir nəfərin vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı araşdırma aparılır.
14:04***
Sumqayıtda baş verən ağır yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatları məlum olub.
“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, “Mitsubishi” və “Ravon” markalı minik avtomobillərinin toqquşması nəticəsində iki nəfər həyatını itirib, bir nəfər ağır yaralanıb.
Onlardan birinin şəxsiyyəti müəyyənləşib. Belə ki, qəzada ölən şəxs 1959-cu il təvəllüdlü Həsənov Nazim İsgəndər oğludur.
Faktla bağlı araşdırma aparılır.
***12:53
Sumqayıtda iki nəfərin ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.
“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə Stansiya Sumqayıt adlanan ərazidə baş verib.
İki avtomobilin toqquşması nəticəsində iki nəfər həyatını itirib.
Hazırda ölənlərin şəxsiyyəti müəyyənləşdirilir. Faktla bağlı araşdırma aparılır.