Sumqayıtda 7 yaşlı uşaq beşinci mərtəbədən yıxılaraq ölüb - YENİLƏNİB

Sumqayıtda 7 yaşlı uşaq beşinci mərtəbədən yıxılaraq ölüb - YENİLƏNİB Sumqayıt. 3 noyabr. REPORT.AZ/ Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsindən yıxılaraq ölən azyaşlı qız uşağının adı məlum olub.
Hadisə
3 Noyabr , 2018 10:55
Sumqayıtda 7 yaşlı uşaq beşinci mərtəbədən yıxılaraq ölüb - YENİLƏNİB

Sumqayıt. 3 noyabr. REPORT.AZ/ Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsindən yıxılaraq ölən azyaşlı qız uşağının adı məlum olub.

"Report"un yerli bürosunun məlumatına görə, şəhər sakini, 2011-ci il təvəllüdlü Qurbanova Nuranə Namiq qızı yaşadığı 41-ci məhəllədə binanın 5-ci mərtəbəsində pəncərəyə çıxıb. Bu zaman o, yıxılaraq yerə düşüb. Nəticədə uşaq ağır xəsarətlərdən yerindəcə ölüb.

Qeyd edək ki, N.Qurbanova 1-ci sinif şagirdi olub.


***9:21

Sumqayıt. 3 noyabr. REPORT.AZ/ Sumqayıt şəhərində azyaşlı qız uşağı hündür mərtəbəli binanın 5-ci mərtəbəsindən yıxılaraq ölüb.

"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə şəhərin 41-ci məhəlləsində qeydə alınıb.

Belə ki, həmin məhəllədə yerləşən çoxmərtəbəli binanın 5-ci mərtəbəsindən yıxılan, hələlik adı məlum olmayan qız uşağı aldığı xəsarətlərdən hadisə yerində 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi