Sumqayıtda 7 nəfərə qarşı dələduzluq edən şəxs saxlanılıb

Sumqayıtda 7 nəfərə qarşı dələduzluq edən şəxs saxlanılıb Bakı. 17 oktyabr. REPORT.AZ/ Oktyabrın 13-də Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edən şəhər sakini olan 3 nəfər bu ilin sentyabr ayında həmyerliləri Cəmaləddin adlı şəxs tərəfindən aldadılaraq ümumilikdə 15.700 manat pullarının alındığını bildiriblər.
Hadisə
17 Oktyabr , 2018 11:40
Sumqayıtda 7 nəfərə qarşı dələduzluq edən şəxs saxlanılıb
0 : 00
0 : 00

Bakı. 17 oktyabr. REPORT.AZ/ Oktyabrın 13-də Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edən şəhər sakini olan 3 nəfər bu ilin sentyabr ayında həmyerliləri Cəmaləddin adlı şəxs tərəfindən aldadılaraq ümumilikdə 15.700 manat pullarının alındığını bildiriblər.

Bu barədə "Report"a DİN mətbuat xidmətindən məlumat verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.

Araşdırmalarla həmin şəxsin Sumqayıt şəhər sakini Cəmaləddin Məhərrəmov olduğu və onun cari ilin iyun ayından oktyabr ayının 5-dək olan müddətdə şəhər sakini olan daha 4 nəfəri aldadaraq ümumilikdə 18.600 manat pullarını aldığı da məyyən edilib.

C.Məhərrəmov polis əməkdaşları tərəfindən saxlanılıb.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi