Yuxarı

Sumqayıtda 57 yaşlı qadın bıçaqlanıb

Sumqayıtda 57 yaşlı qadın bıçaqlanıb

58

Sumqayıt. 28 aprel. REPORT.AZ/ Sumqayıt şəhərində 57 yaşlı qadın bıçaqlanıb.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə 15-ci məhəllə ərazisində yerləşən 2 saylı yataqxanada baş verib.

Belə ki, Sumqayıt şəhər sakini 1961-ci təvəllüdlü Bədəlova Mətanət Məhəmməd qızı naməlum şəxs tərəfindən bıçaqlanıb.

57 yaşı qadın çoxsaylı bıçaq xəsarətləri ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Həkimlər onun vəziyyətini qənaətbəxş kimi qiymətləndiriblər. 

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi