Sumqayıtda 56 yaşlı kişi iki ildir itkin düşüb - FOTO

Sumqayıtda 56 yaşlı kişi iki ildir itkin düşüb - FOTO Sumqayıtda 56 yaşlı kişi iki ildir itkin düşüb.
Hadisə
30 Mart , 2019 15:04

Sumqayıtda 56 yaşlı kişi iki ildir itkin düşüb.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə 2017-ci ildə baş verib. 

Şəhər sakini, 1963-cü il təvəllüdlü Salmanov Salman Naib oğlu yaşadığı 42-ci məhəllə, Yataqxana 16, otaq 38-dən çıxıb və bir daha geri qayıtmayıb.

O, evdən çıxmamışdan əvvəl özü ilə şəxsiyyət vəsiqəsini götürüb. 

Onun boyu, təxminən, 160-165 sm, orta bədən quruluşlu, dərisinin rəngi qara, gözlərinin rəngi qəhvəyi, ağ rəngli sıx saçlı, yumuru sifətdir. Sol ayağının bud və baldır nahiyəsində yanıq izi var.

Evdən çıxarkən əynində mavi rəngli qısaqol köynək, göy rəngli cins şalvar, qara rəngli idman ayaqqabısı olub.

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis bölməsində təhqiqat işləri aparılır.

S.Salmanov barədə məlumatı olan şəxslərdən (018) 65-4-02-02 ; 64-2-03-65 ;(050) 989-78-68 telefon nömrələrinə zəng vurmaları xahiş olunur.

Son xəbərlər

Orphus sistemi