Sumqayıtda 55 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb - YENİLƏNİB

Sumqayıtda 55 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb - YENİLƏNİB Sumqayıt şəhərində elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişən şəxsin adı məlum olub.
Hadisə
1 İyun , 2019 16:17
Sumqayıtda 55 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb - YENİLƏNİB

Sumqayıt şəhərində elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişən şəxsin adı məlum olub.

"Report"un yerıli bürosunun əldə etdiyi məlumata görə, şəhər sakini, 1964-cü il təvəllüdlü Aqil Məmmədovu elektrik cərəyanı vuraraq öldürüb.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib. 


*** 15:23

Sumqayıt şəhərində orta yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə şəhərin Beton zavod adlanan ərazidə baş verib.

Belə ki, yaşadığı evin damına çıxan şəhər sakini ehtiyyatsızlıqdan yüksək gərginlikli elektrik xətlərinə toxunub. Nəticədə onu elektrik cərəyanı vuraraq öldürüb.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Ərziya baxış keçirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi