Yuxarı

Sumqayıtda yanğın zamanı 52 yaşlı kişi ölüb

1962-ci il təvəllüdlü Azad Seyidovun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib

Bakı. 21 dekabr. REPORT.AZ/ Sumqayıt şəhərində ölümlə nəticələnən yanğın hadisəsi qeydə alınıb.

"Report"-un Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, yanğın vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan birmərtəbəli, 4 otaqlı evdə baş verib.

Nəticədə evin 1 otağında 1 ədəd çarpayı, ev əşyaları 6 kv.m sahədə və dam örtüyünün yanar konstruksiyaları 15 kv.m sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı 1962-ci il təvəllüdlü Seyidov Azad Bilmalı oğluna yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi