Sumqayıtda 36 yaşlı kişi intihar edib - YENİLƏNİB - TƏFƏRRÜAT

Sumqayıtda 36 yaşlı kişi intihar edib - YENİLƏNİB - TƏFƏRRÜAT Sumqayıt. 8 iyun. REPORT.AZ/ Sumqayıt şəhərində intihar edən şəxsin kimliyi və hadisənin təfərrüatı məlum olub.
Hadisə
8 İyun , 2018 17:52
Sumqayıtda 36 yaşlı kişi intihar edib - YENİLƏNİB - TƏFƏRRÜAT
0 : 00
0 : 00

Sumqayıt. 8 iyun. REPORT.AZ/ Sumqayıt şəhərində intihar edən şəxsin kimliyi və hadisənin təfərrüatı məlum olub.

"Report"un yerli bürosunun məlumatına görə, bu, 1982-ci il təvəllüdlü Fuad Qalib oğlu Məmmədovdur.

O, Sumqayıt şəhərində, 10-cu mikrorayon ərazisindəki ofisində özünü kəndirlə asıb. Araşdırmalar nəticəsində Fuad Məmmədovun 5 milyon manata yaxın borcu olduğu müəyyənləşib. Məhz bu səbəbdən intihar edib.

Faktla bağlı araşdırma aparılır.


*** 17:09

Sumqayıt şəhərində orta yaşlı kişi intihar edib.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin 10-cu mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, təqribən, 30-35 yaşlarında olan kişi özünü kəndirlə asaraq öldürüb. Hazırda onun şəxsiyyəti müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi