Sumqayıtda 32 yaşlı qadın döyülüb

Sumqayıtda 32 yaşlı qadın döyülüb Sumqayıt. 7 iyun. REPORT.AZ/ Sumqayıt şəhərində 32 yaşlı qadın döyülüb.
Hadisə
7 İyun , 2018 19:33
Sumqayıtda 32 yaşlı qadın döyülüb

Sumqayıt. 7 iyun. REPORT.AZ/ Sumqayıt şəhərində 32 yaşlı qadın döyülüb.

"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.

Belə ki, şəhər sakini, 1986-cı il təvəllüdlü Kabutər Tomris qızı Hüseynova yaşadığı ərazidə tanımadığı şəxslər tərəfindən baş nahiyəsindən küt alətlə vurulub. Yaralı xəstəxanaya çatdırılıb və əməliyyat olunub. Hazırda vəziyyətinin qənaətbəxş olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi