Sumqayıtda 25 yaşlı qadın intihara cəhd edib - FOTO

Sumqayıtda 25 yaşlı qadın intihara cəhd edib - FOTO Sumqayıt. 13 aprel. REPORT.AZ/ Sumqayıt şəhərində 25 yaşlı qadın intihara cəhd edib.
Hadisə
13 Aprel , 2018 20:38
Sumqayıtda 25 yaşlı qadın intihara cəhd edib - FOTO

Sumqayıt. 13 aprel. REPORT.AZ/ Sumqayıt şəhərində 25 yaşlı qadın intihara cəhd edib.

"Report"un Sumqayıt-Abşeron bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Göyərçin abidəsi yaxınlığında - dəniz kənarında baş verib.

Belə ki, şəhər sakini, 1993-cü il təvəllüdlü L.H. özünü dənizə atmaq istəyib. Ətrafda olan insanların sayıqlığı nəticəsində o xilas edilib.

Xəstəxanaya çatdırılan qadının üç gün bundan öncə naməlum şəxs tərəfindən döyüldüyü və bu səbəbdən intihara cəhd etmək istədiyi məlum olub.

Hazırda fakt üzrə araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi