Sumqayıtda 23 yaşlı oğlan faciəli şəkildə ölüb

Sumqayıtda 23 yaşlı oğlan faciəli şəkildə ölüb Faktla bağlı araşdırma aparılır
Hadisə
25 Noyabr , 2015 16:28
Sumqayıtda 23 yaşlı oğlan faciəli şəkildə ölüb

Bakı. 25 noyabr. REPORT.AZ/ Sumqayıt şəhərində 23 yaşlı oğlan sexin dəzgahının arasında sıxılaraq ölüb. Bu barədə "Report" Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir.

Nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə baxış keçirərkən məlum olub ki, 1992-ci il təvəllüdlü Şirinov Nurlan Mehman oğlu dəzgahın arasında sıxılmış vəziyyətdə qalaraq vəfat edib. Xilasedicilər cəsədi çıxarıb aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 13:30-da başa çatıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi