Sumqayıtda 1 yaşlı uşağın üzərinə qaynar su dağılıb

Sumqayıtda 1 yaşlı uşağın üzərinə qaynar su dağılıb Azyaşlı müxtəlif dərəcəli yanıq xəsarətləri alıb
Hadisə
31 Mart , 2018 20:49
Sumqayıtda 1 yaşlı uşağın üzərinə qaynar su dağılıb

Sumqayıt. 31 mart. REPORT.AZ/ Sumqayıt şəhərində bədbəxt hadisə baş verib.

"Report"un yerli bürosunun məlumatına görə, şəhərin 30-cu məhəlləsində yaşayan 2017-ci il təvəllüdlü yerli sakin İsazadə Məhəmməd Rəşad oğlunun üzərinə qaynar çaydan dağılıb.

Azyaşlı müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Sumqayıt şəhər xəstəxanasına çatdırılıb. Hazırda 1 yaşlı M.İsazadənin müayinə və müalicəsi həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi