Yuxarı
    Bağlamaq

    Sumqayıtda bir ay əvvəl itkin düşən qadının meyiti tapılıb

    Hadisəni münaqişə zəminində Sumqayıt şəhər sakini Vahid Vəliyevin törətməsi müəyyən edilib və o, tutulub

    Bakı. 23 sentyabr. REPORT.AZ/ Sumqayıtda bir ay əvvəl itkin düşən qadının meyiti tapılıb.

    "Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

    Məlumata görə, avqustun 25-də Sumqayıt şəhərində yaşayan Yeganə Mirzəyeva evdən çıxıb, geri qayıtmayıb.

    Sentyabrın 22-də Abşeron rayonu Qobu qəsəbəsinin ərazisində Y.Mirzəyevanın baş nahiyəsində xəsarəti olan, çürüməyə məruz qalan meyiti tapılıb.

    Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri ilə hadisəni münaqişə zəminində Sumqayıt şəhər sakini Vahid Vəliyevin törətməsi müəyyən edilib və o, tutulub.

    Faktla bağlı araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi