Sumqayıtda dəm qazından zəhərlənmə ilə bağlı şəhər prokurorluğunda araşdırma aparılır - YENİLƏNİB

Hadisə
  • 16 yanvar, 2024
  • 15:44
Sumqayıtda dəm qazından zəhərlənmə ilə bağlı şəhər prokurorluğunda araşdırma aparılır - YENİLƏNİB

Sumqayıt şəhərinin “BTZ” bağları adlanan yaşayış massivində bir ailənin 5 üzvünün dəm qazından zəhərlənməsi barədə daxil olmuş məlumat əsasında Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Hadisə nəticəsində 1 nəfər ölüb, 2-si azyaşlı olmaqla 4 nəfər isə zəhərlənib. Zəhərlənən şəxslər ilkin tibbi yardım göstərilməklə xəstəxanaya yerləşdirilib, hazırda müalicələri davam etdirilir.

18:42

Sumqayıtda dəm qazından ölən və zəhərlənən şəxslərin kimliyi məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, ölən şəxs 1958-ci il təvəllüdlü Sabir Süleyman oğlu Kazımovdur.

Dəm qazından zəhərlənənlər isə 1958-ci ildə Müxlisə Hacı qızı Kazımova,1999-cu il təvəllüdlü İlahə Əmrah qızı Kazımova, 2020-ci il təvəllüdlü Aleyna Rahib qızı Kazımova və 2022-ci il təvəllüdlü Anuro Rahib qızı Kazımovadır.

18:18

Sumqayıt şəhərinin “BTZ” bağları adlanan yaşayış massivində bir ailənin 5 üzvünün zəhərlənməsi barədə Sumqayıt Tibb Mərkəzinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olub.

Bu barədə "Report"un yerli bürosuna Sumqayıt Tibb Mərkəzindən bildirilib.

Məlumata görə, onlardan bir nəfərin 1958-ci il təvəllüdlü (kişi cinsli) şəxsin həkiməqədər ölümü qeydə alınıb.

İkisi böyük olmaqla - 1958, 1999-cu il (qadın cinsli) təvəllüdlü şəxslər karbon oksidin (dəm qazının) toksiki təsiri diaqnozu ilə Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətləri ağır olaraq qiymətləndirilir.

Eyni diaqnozla 2020, 2022-ci il təvəllüdlü azyaşlılar (qadın cinsli) isə Uşaq Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətləri orta ağır qiymətləndirilir.

17:57

Sumqayıtda 1 ailənin 4 üzvü dəm qazından zəhərlənib,1 nəfər ölüb.

"Report"un yerli bürosunun xəbərinə görə, hadisə Ceyranbatan qəsəbəsi BTZ bağları ərazisində baş verib.

Ölən və zəhərlənən şəxslərin kimliyi dəqiqləşdirilir.

Son xəbərlər

Bütün Xəbər Lenti