​Sumqayıt və Saatlıda yanğın hadisələri baş verib

​Sumqayıt və Saatlıda yanğın hadisələri baş verib Hadisə yerlərinə yanğınsöndürənlər cəlb olunub
Hadisə
31 May , 2015 05:20
​Sumqayıt və Saatlıda yanğın hadisələri baş verib

Bakı. 31 may. REPORT.AZ/ Ötən gün axşam saatlarında Sumqayıt və Saatlıda yanğın hadisələri qeydə alınıb.

“Report” xəbər verir ki, Sumqayıt şəhərində elektrik yarımstansiyasının kabelləri 5 p.m və ətrafda olan məişət tullantıları 15 kv.m sahədə yanıb.

Yarımstansiya yanğından mühafizə olunub.

Saatlının Dədə Qorqud kəndində isə vətəndaşa məxsus həyətyanı sahədə yığılmış 6 ton ot bağlamasının 1 tonu yanıb. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Hər iki halda yanğınlar yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi