Sumqayıt şəhərinin sahibsiz itlərdən təmizlənməsinə başlanıb - FOTO

Sumqayıt şəhərinin sahibsiz itlərdən təmizlənməsinə başlanıb - FOTO Küçə itləri zibil poliqonuna daşınır
Hadisə
267
26 Aprel , 2018 08:30
Sumqayıt şəhərinin sahibsiz itlərdən təmizlənməsinə başlanıb - FOTO
Report

Sumqayıt. 26 aprel. REPORT.AZ/ Sumqayıt şəhərində çoxmənzilli yaşayış binalarının həyətində və digər yaşayış mərkəzlərində insan həyatı, əsasən də azyaşlılar üçün təhlükə mənbəyinə çevrilən küçə itlərinin daşınmasına start verilib.

"Report"un yerli bürosunun məlumatına görə, proses ötən gündən etibarən Sumqayıt şəhər Təmizlik Departamentinin əməkdaşları tərəfindən həyata keçirilir.

İtlər xüsusi torlar vasitəsi ilə tutularaq şəhər mərkəzindən təxminən 15 km məsafədə yerləşən məişət tullantıları poliqonuna daşınır.

Son vaxtlar Sumqayıt şəhərində it dişləməsi kimi halların baş verməsi və küçə itlərində quduzluq əlamətlərinin olmasından ehtiyatlanan aidiyyəti qurumlar hərəkətə keçiblər.

Sumqayıt şəhər Mənzil Kommunal İstehsalat İstismar Birliyindən bildirilib ki, şəhərdə nümunə üçün bir dənə də olsun küçə iti qalmayacaq.

Son xəbərlər

Orphus sistemi