​Sumqayıt şəhərində çayxana yanıb

​Sumqayıt şəhərində çayxana yanıb Hadisə səhər saatlarında baş verib
Hadisə
22 Fevral , 2015 09:39
​Sumqayıt şəhərində çayxana yanıb

Bakı. 22 fevral. REPORT.AZ/ Sumqayıt şəhərində vətəndaşa məxsus ikimərtəbəli tikilinin ikinci mərtəbəsində yerləşən çayxanada yanğın olub.

"Report" xəbər verir ki, yüksək temperaturdan lambirdən ibarət tavan əriyib.

Çayxananın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 06:39-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi