Sumqayıt sakinlərini şantaj edən şəxslər tutulub
Hadisə
- 11 mart, 2022
- 06:13
Sumqayıt sakinlərini şantaj edən şəxslər tutulub.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə martın 5-də 6-cı mikrorayon ərazisində 2 nəfərin şəhər sakini R.Əhmədovu yazışmalarını yayacağı ilə hədələyərək 150 manatını almaları, martın 9-da isə qızıl əşyalar tələb etmələri barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Sumqayıt sakinləri - K.Kərimov, F.Rzayev və Z.Dadaşov müəyyən edilərək saxlanılıblar.
Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.
Son xəbərlər
13:35
Bako Sahakyan 20 il müddətinə azadlıqdan məhrum edilib
Daxili siyasət13:32
AFFA-nın təftiş etdiyi "Sabah", "Qarabağ" və "Neftçi"nin akademiyasında hansı yeniliklər tətbiq olunacaq? - SORĞU
Futbol13:28
XİN başçısı: Azərbaycan "Vahid Çin" prinsipinə sadiqdir
Xarici siyasət13:28
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
Daxili siyasət13:26
Nazir: Azərbaycan regionda mühüm logistika mərkəzi kimi mövqeyini möhkəmləndirir
Xarici siyasət13:24
Ceyhun Bayramov: Bakı-Pekin tərəfdaşlığı qarşılıqlı siyasi etimada əsaslanır
Xarici siyasət13:21
Lənkəranda dördotaqlı ev yanıb
Hadisə13:19
Azərbaycan Omana armud ixrac etməyə başlayıb
ASK13:18