Sumqayıt sakininin evindən sənədləri olmayan tüfənglər aşkarlanıb

Sumqayıt sakininin evindən sənədləri olmayan tüfənglər aşkarlanıb Mənzildən "Belka" və "İJ-K-16" markalı tüfənglər aşkar edilərək götürülüb
Hadisə
19 May , 2017 11:47
Sumqayıt sakininin evindən sənədləri olmayan tüfənglər aşkarlanıb

Bakı. 19 may. REPORT.AZ/ Sumqayıt şəhər sakininin evindən sənədləri olmayan tüfənglər aşkar edilərək götürülüb.

“Report” xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyinin rəsmi saytı yayıb.  

Nazirlikdən bildirilib ki, əldə edilən məlumat əsasında Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini Adil Heydərovun evinə baxış zamanı müvafiq sənədləri olmayan "Belka" və "İJ-K-16" markalı tüfənglər aşkar edilərək götürülüb.

Son xəbərlər

Orphus sistemi