Sumqayıt sakininə qarşı soyğunçuluq edilib, 230 manatı aparılıb

Sumqayıt sakininə qarşı soyğunçuluq edilib, 230 manatı aparılıb Sumqayıt sakininə qarşı soyğunçuluq edilib.
Hadisə
12 Dekabr , 2019 12:45
Sumqayıt sakininə qarşı soyğunçuluq edilib, 230 manatı aparılıb

Sumqayıt sakininə qarşı soyğunçuluq edilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Sumqayıt Şəhər Polis İdarəsi 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 10-da Kimyaçılar qəsəbə sakini M.Quliyevaya zor tətbiq edib içərisində 230 manat olan pulqabısını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən şəhər sakini R.Məhərrəmov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi