Sumqayıt sakinindən silah götürülüb

Hadisə
  • 25 dekabr, 2019
  • 09:52
Sumqayıt sakinindən silah götürülüb

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah-sursat gizlədən şəxslərin aşkar edilməsi məqsədi ilə əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Şirvan şəhərindəki Regional qrupundan "Report"a verilən məlumata görə, Sumqayıt şəhər sakini Saleh Dadaşov rayonun Nuran kəndi ərazisində qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün saxlanılıb.

S.Dadaşovdan 1ədəd “TULA” markalı müvafiq sənədləri olmayan ov silahı aşkar edilərək götürülüb.

Faktla bağlı Ağsu RPŞ-də araşdırma aparılır.