Sumqayıt sakini sevdiyi qıza görə özünü bıçaqlayıb

Sumqayıt sakini sevdiyi qıza görə özünü bıçaqlayıb Onun vəziyyəti ağırdır
Hadisə
29 Noyabr , 2017 09:12
Sumqayıt sakini sevdiyi qıza görə özünü bıçaqlayıb
Report

Bakı. 29 noyabr. REPORT.AZ/ Sumqayıtda 22 yaşlı oğlan sevdiyi qıza görə intihara cəhd edib.

“Report”un xəbərinə görə, şəhərin Tağıyev qəsəbə sakini, 1995-ci il təvəllüdlü Elxan Həmidli özünə bıçaqla xəsarət yetirərək intihar etmək istəyib.

O, ağır vəziyyətdə xəstəxanaya aparılıb, vəziyyəti ağırdır.

Araşdırmalar zamanı E.Həmidlinin sevdiyi qızın ondan ayrıldığı səbəbindən intihar etmək istədiyi məlum olub.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi