Sumqayıt sakini özünü asaraq intihar edib - YENİLƏNİB

Sumqayıt sakini özünü asaraq intihar edib - YENİLƏNİB Sumqayıt şəhərində intihar hadisəsi baş verib.
Hadisə
8 Avqust , 2019 12:41
Sumqayıt sakini özünü asaraq intihar edib - YENİLƏNİB

Sumqayıt şəhərində intihar hadisəsi baş verib.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə şəhərin Yaşıldərə yaşayış massivində qeydə alınıb.

Belə ki, şəhər sakini, 1973-cü il təvəllüdlü Elxan Ənsər oğlu Hüseynov yaşadığı fərdi yaşayış evində özünü asıb.

Onun uzun müddət şəkər xəstəliyindən əziyyət çəkdiyi bildirilir. 

Faktla bağlı araşdırma aparılır.


*** 10:21

Sumqayıt şəhərində orta yaşlı kişi özünü asaraq intihar edib.

"Report"un yerli bürosu xəbər verir ki, hələlik şəxsiyyəti məlum olmayan orta yaşlı kişi yaşadığı evin həyətindəki yarımtikilidə kəndirlə özünü asaraq intihar edib.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub.

Hadisə yerinə baxış keçirilib və intiharın səbəbləri araşdırlır.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib. 

Son xəbərlər

Orphus sistemi