Yuxarı

Sumqayıt sakini mənzilində ölmüş vəziyyətdə tapılıb

Sumqayıt. 8 mart. REPORT.AZ/ Sumqayıt şəhərində yerli sakin öz mənzilində ölmüş vəziyyətdə tapılıb.

“Report”un yerli bürosu xəbər verir ki, hadisə yerinə  Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri cəlb edilib.

Məlum olub ki, bağlı qapı arxasında qalan 1979-cı il təvəllüdlü Nizami Yaşar oğlu Ağamalıyev yaşadığı evdə ölüb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi