Sumqayıt sakini evində ölü tapılıb - YENİLƏNİB

Sumqayıt sakini evində ölü tapılıb - YENİLƏNİB Sumqayıt şəhərinin 76-cı məhəlləsində yaşadığı evdən meyiti tapıla şəxsin adı məlum olub.
Hadisə
23 Oktyabr , 2019 15:49
Sumqayıt sakini evində ölü tapılıb - YENİLƏNİB

Sumqayıt şəhərinin 76-cı məhəlləsində yaşadığı evdən meyiti tapıla şəxsin adı məlum olub. 

"Report"un yerli bürosunun məlumatına göər, bu, 1975-ci il təvəllüdlü Feyziyev Murad Həqiqət oğludur. O, qonşuları tərəfindən öz evində ölü halda tapılıb.

M.Feyziyevin hanıs səbəbdən öldüyü hələlik məlum deyil. 

Faktla bağlı araşdırma aparılır.


*** 12:31

Sumqayıt şəhərində mənzildən meyit tapılıb.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə şəhərin 76-cı məhəlləsində baş verib.

Hələlik meyitin kimə məxsus olduğu dəqiqləşdirlməyib. Onun orta yaşlı kişi olduğu bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Hadisə yerinə baxış keçirilib. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi