Sumqayıt Paralimpiya İdman Kompleksində baş verən yanğın söndürülüb - YENİLƏNİB

Sumqayıt Paralimpiya İdman Kompleksində baş verən yanğın söndürülüb - YENİLƏNİB Yanğın əlillər üçün nəzərdə tutulan yataqxanadakı otaqlardan birində baş verib
Hadisə
13 Noyabr , 2014 20:58
Sumqayıt Paralimpiya İdman Kompleksində baş verən yanğın söndürülüb - YENİLƏNİB

Bakı. 13 noyabr. REPORT.AZ/ Bu gün axşam saatlarında Sumqayıt Paralimpiya İdman Kompleksində yanğın baş verib. "Report"un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə yerinə 5-dək yanğınsöndürən maşın cəlb olunub. Yanğın qısa müddətdə böyümədən yanğınsöndürənlər tərəfindən söndürülüb.

Kompeksin mühafizəçilərindən biri "Report"a bildirib ki, yanğın əlillər üçün nəzərdə tutulan yataqxanadakı otaqlardan birində baş verib: "Bu səbəbdən kompleks daxilindəki bütün məşqlər ləğv edilib. Xöşbəxtlikdən otaqda heç kim olmasa da, ancaq əlil arabaları və digər tez alışan avadanlıqlar yanıb. Yanğının qonşu otaqlara keçməsinin qarşısı alınıb. Hazırda yanğının səbəbləri araşdırılır. İlkin ehtimala görə, hadisə qısaqapanma nəticəsində baş verib".

***

Sumqayıt şəhərində, 17-ci mikrorayonda yerləşən Sumqayıt Paralimpiya İdman Kompleksində yanğın başlayıb. Bu barədə "Report"a hadisə şahidləri məlumat verib. 

Son xəbərlər

Orphus sistemi